İranın cənub-şərqindəki Kirman əyalətində 5 bal gücündə zəlzələ olub.
Elchi.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 8 km dərinlikdə qeydə alınıb.
Qeyd olunub ki, İran Qızıl Aypara Cəmiyyətinin iki xilasedici qrupu dəyən ziyanın miqyasını qiymətləndirmək üçün zəlzələ baş verən əraziyə yaxın kəndlərə göndərilib.