image-67e250991a15c67e250991a15d174288501767e250991a15a67e250991a15bbackend

FHN-in Əsaslı Tikinti İdarəsi ağacəkmə aksiyası keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin elan olunduğu “Konstitusiya və Suverenlik İli” çərçivəsində Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

FHN-in Mətbuat xidmətindən Elchi.az-a verilən xəbərə görə, idarənin əməkdaşlarının iştirak etdiyi aksiya Abşeron rayonunun Mehdiabad qəsəbəsinin ərazisində təşkil olunub.

Ətraf mühitin qorunması və yaşıllıqların artırılması məqsədilə təşkil olunan aksiyada idarənin əməkdaşları tərəfindən çinar, sərv və küknar ağacları əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən ağacəkmə aksiyaları mütəmadi olaraq təşkil edilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki