Azərbaycan Basketbol Liqasının XVIII turunun son matçında bu gün “Neftçi” NTD ilə üz-üzə gələcək.
Elchi.az -ın məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində baş tutacaq A qrupunun qarşılaşmasına saat 12:30-da start veriləcək.
“Neftçi” hazırda 25 xalla qrupda 4-cü pillədə yer alıb. 23 xala malik NTD isə sonuncu – 6-cıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Quba” “Lənkəran”ı 95:84, “Şəki” “Sumqayıt”ı 104:96, “Gəncə” “Ordu”nu 95:84, “Sabah” isə “Abşeron”u 99:64, “Naxçıvan” isə “Sərhədçi”ni 68:66 hesabı ilə məğlub edib.