Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə Haiti yığması ilə qarşılaşacaq.
Elchi.az xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək yığma 2025-ci ildəki ilk oyununda qələbə qazanmaq niyyətindədir.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 3 gün sonra “Bank Respublika Arena”da Belarus millisini sınağa çəkəcək.
22 mart
21:45 Azərbaycan – Haiti
Baş hakim: Kadir Sağlam
Baş hakimin köməkçiləri: Dəniz Canər Ozaral, Anıl Usta
Dördüncü hakim: Fərid Hacıyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.