Ermənistan əhalisi sürətlə ölkələrini tərk edir. Alp.az erməni mediasına istinadən xəbər verir ki, 2022-ci il aprelin 1-nə Ermənistan əhalisinin sayı 2 milyon 961,6 min nəfərə düşüb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər azalma qeydə alınıb. Ermənistan Statistika Komitəsinin hesabatına görə, 2021-ci il aprelin 1-nə ölkənin 2 milyon 963,9 min nəfər əhalisi olub.
Erməni politoloq Vardan Kazaryan bildirib ki, insanlar işsizlik, əməkhaqqının azlığı səbəbindən Ermənistanı kütləvi şəkildə tərk edir.
“Bu rəsmi açıqlanan rəqəmlərdir. Qeyri-rəsmi məlumatlara görə hər il 10000 nəfər Ermənistanı birdəfəlik tərk edir” -deyə Kazaryan bildirib.