image-1038897_05backend

Ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırlaşır – İlk addım atılıb

“Ermənistan-Azərbaycan arasında 44 gün davam edən müharibənin qalibi kimi Azərbaycan zəfər əldə edən dövlət olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, həmçinin Ermənistanın da bir dövlət kimi əleyhinə bir bəndin belə ehtiva olunmadığı 5 maddəlik sülh paketini bu ölkəyə təqdim etdi. Müxtəlif vaxtlarda Ermənistandan bu təkliflə bağlı qeyri-stabil, verilən mesajlarda bəzən konstruktiv, bəzən isə radikal dəyişiklik edilərək qeyri-konstruktiv ritorikanın şahidi olduqsa, müharibədə uduzmasına baxmayaraq ölkənin baş naziri postuna yenidən seçilən Nikol Paşinyan Brüssel danışıqlarından sonra sülh razılığı ilə bağlı olduqca müsbət mesajlar verdi”.

Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, keçmiş “Qarabağ klanı” sülhə mane ola bilməyəcək:

“Ermənistanda keçmiş “Qarabağ klanı”nın iştirakı ilə keçirilməyə başlanan aksiyalar səngimir. Bu askiyalarda aktiv iştirakçılar, bütövlükdə yaranmış reallıqları qəbul etməyən, revanşist fikirlərindən hələ də əl çəkməyən və ümumiyyətlə Azərbaycan və Türkiyə ilə düşmənçiliyin daha da dərinləşdirilməsində, soyqırımlarda birbaşa əli olan Köçəryan-Sarkisyan cütlüyüdür. Əsas məsələ ondan ibarətdir ki, “Qarabağ klanı” Azərbaycan torpaqlarının işğaldan azad olunmasını həzm edə bilməməklə yanaşı, Qarabağın tamamilə əldən çıxdığını qəbul etmək istəmirlər.

Postmüharibə dövründə baş tutan heç bir danışıqda, sənəddə Qarabağ üçün hər hansı bir statusun nəzərdə tutulmaması onu deməyə əsas verir ki, bölgədə yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycanın qanunlarına tabe olmalıdırlar. Bununla bağlı Prezident İlham Əliyev bildirdi ki, Qarabağdakı ermənilərdən də çox müsbət siqnallar gəlir.

“Qarabağ klanı” isə bu aydın reallıqla barışmaq istəmir. Paşinyana təzyiqlər edən Sarkisyan və Köçəryan eyni ssenarini vaxtilə Ter-Petrosyana qarşı da həyata keçirmişdilər. Lakin indi Azərbaycan o vaxtki Azərbaycan olmadığı qədər dövlətimiz vəziyyəti kökündən dəyişməklə kifayətlənməyib, şərtləri də özü diqtə edir. Eyni ssenari ilə yenidən hərəkətə keçən bu klan indi arzularını gerçəkləşdirə bilməyəcək. Bu baxımdan da Azərbaycanın iradəsi ilə davam edən sülh danışıqları Sarkisyan və Köçəryanın illər ərzində qurduğu ümidlərini puç, bütün planlarını isə kökündən alt-üst edir.

Onların əsas məqsədi ondan ibrətdir ki, gərginliyi maksimum səviyyədə qoruyub saxlasınlar. Lakin təsir mexanizmləri zəif olduğu qədər həm də daxili dəstək yoxdur, xalq məğlub olsa belə bundan sonrakı proseslərə nəzarəti yenidən Paşinyana verdi. Xarici dəstək də onların daha öncəki illərdə aldığı qədər deyil. İstənilən, gözlənilən, ümid edilən heç bir planları baş tutmur. Ən əsası isə Azərbaycan hərtərəfli iş görməklə bu planlara və meyillərə imkan vermir. Azərbaycan ordusu da ən strateji yerlərdə möhkəmlənib, yəni istənilən təxribatın qarşısı dərhal alınır. Bir digər tərəfdən də vasitəçilərin də reallığı qəbul etməsi Azərbaycanın beynəlxalq siyasətdə iradəsinin nəticəsidir.

Odur ki, Azərbaycanın proseslərə hərtərəfli nəzarəti mövcud durumu keçmişə doğru aparmağın mümkünsüzlüyünü sübut edir. Prezident İlham Əliyev bildirdi ki, Bakı və İrəvanın nümayəndələri mayın əvvəllərində Brüsseldə görüşə bilərlər və dövlət başçımız onu da əlavə etdi ki, Azərbaycan-Ermənistan birgə işçi qruplarının görüşü keçiriləcəyi gözlənilir. Odur ki, Ermənistan yaranmış münbit şəraitdən istifadə etməlidir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki