Bloomberg: Ərdoğana Ukraynanın tezliklə daha da çox ərazi itirəcəyi bildirilib.
Elchi.az xəbər verir ki, Ukrayna yaxın aylarda daha da çox ərazi itirə bilər. Bu barədə “Bloomberg” yazır və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq kəşfiyyat məlumatı aldığını qeyd edir.
“Ukrayna yaxın bir neçə ayda daha çox ərazi itirə bilər”, – hesabatda deyilir.
Qeyd olunur ki, buna görə də Ərdoğan Ukrayna lideri Vladimir Zelenskini dinc danışıqlara razı sala biləcəyinə ümid edir.
Bloomberg-in məlumatına görə, Ərdoğan Ukraynanın yaxın aylarda ərazi itkiləri ilə üzləşəcəyinə dair kəşfiyyat məlumatlarını görüb.
Bundan əvvəl bildirilmişdi ki, Ərdoğan G20 liderlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Ukraynadakı münaqişənin dondurulması planını təklif etmək niyyətindədir.
Bloomberg-in məlumatına görə, Ərdoğan Ukrayna lideri Vladimir Zelenskiyə Rusiyaya güzəşt olaraq NATO-ya üzvlüklə bağlı müzakirələri ən azı 10 il təxirə salmağı təklif etmək niyyətindədir.
Bundan başqa, Türkiyənin təklifi Donbassda silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur. Ərdoğanın əlavə zəmanət olaraq orada beynəlxalq qoşun yerləşdirməyi və NATO-dan kənarda qalmağa razılıq verdiyinə görə kompensasiya olaraq Qərbin Ukraynaya hərbi təchizat verməsini təklif edəcəyi gözlənilir.
Şayəstə Hüseynova