Türkiyənin ROKETSAN şirkəti tərəfindən istehsal edilən TRG-300 “Kaplan” raket sistemi dünyanın ən yaxşı yaylım sistemidir.
Alp.az xəbər verir ki, dünya hərbi analtikləri bu sistemin dəqiqliyinə görə ən ağıllı, koplektləşdirilmiş yaylım sistemi hesab edirlər.
” TRG-300 ” –Kaplan raketi sistemi yüksək təsir qabiliyyətinə və prioritet hədəflərə görə 30 km-dən 120 km-ə qədər intensiv və effektiv atəş etmək qabiliyyətinə malikdir.
Texniki Xüsusiyyətləri
Diametri 300 mm
Maksimum məsafə 120 km
Minimum məsafə 30 km
Çəkisi 585 kq
Qlobal motiv yerləşdirmə sistemi (KKS ANS tərəfindən dəstəklənir) dəstəkləyən inersiya naviqasiya sistemi)
Heyəti 2 nəfər
Harp rəhbərləri səmərəli yarım diametri 70 m
Hədəfdən yayınma 120 km-də 50 m-dən azdır
Bu silah üzərində axtarışlar hələ də davam edir. 2020-ci ildən başlayaraq ROKETSAN şirkəti TRG-300 “Kaplan” Yaylım Atəşli Reaktiv Sistemlərinin (YARS) gücünü və imkanlarını artırmağa başlayıb. Aparılan işlər nəticəsində yaylım atəşi sisteminin dəiqliyi daha da yaxşılaşdırılıb.
18 Noyabr 2016-cı il tarixində Türkiyə Silahlı Qüvvələrinə təslim edilən TRG-300 “Kaplan” raket sistemi hal-hazırda Azərbaycan ordusu tərəfindən də istifadə edilir. Azərbaycanın 44 günlük savaş zamanı bu sistemdən istifadə etməsi barədə xəbərlər yayılmışdı.