image-guney-afrika-2backend

Cənubi Afrika Qəzzaya yardım axınının qarşısını almağı pisləyir

Cənubi Afrikanın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyi İsrailin Qəzzaya yardıma icazə verməməsini və İordan çayının qərb sahilində davam edən hərbi əməliyyatlarını pisləyib və beynəlxalq ictimaiyyəti yardımın ölkəyə çatmasını təmin etməyə çağırıb.
Elchi.az xəbər verir ki, Cənubi Afrikanın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nazirliyi məsələ ilə bağlı verdiyi açıqlamada Qəzza xalqının təsviri mümkün olmayan iztirablar yaşadığını bildirib.
Qəzza xalqının təcili ərzaq, sığınacaq və tibbi ləvazimatlara ehtiyacı olduğunu qeyd edərək, İsrailin Qəzza zolağına humanitar yardımı buraxmaması və sərhəd-keçid məntəqələrini bağlaması şiddətlə pislənilib.
Açıqlamada İsrailin aclıqdan müharibə silahı kimi istifadə etdiyi və Qəzza zolağına humanitar yardımların daxil olmasını dayandırmasının atəşkəs razılaşması, beynəlxalq humanitar hüquq və 4-cü Cenevrə Konvensiyasının açıq şəkildə pozulması olduğu bildirilib.
“Cənubi Afrika beynəlxalq ictimaiyyəti Qəzza zolağının bütün ərazilərinə humanitar yardımın təhlükəsiz, fasiləsiz və maneəsiz çatdırılmasını təmin etməyə çağırır. Cənubi Afrika həmçinin İsrailin İordan çayının qərb sahilində davam edən hərbi əməliyyatlarını pisləyir və bu, fələstinlilərin öz müqəddəratını təyinetmə və dövlətçilik axtarışlarını daha da təhdid edən təhlükəli eskalasiyanı təmsil edir”, – bəyanatda deyilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki