Dünyanın bütün gözləri bu gün Omanda ABŞ və İran arasında başlayacaq dolayı danışıqlara yönəlib.
Elchi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi, “Biz diplomatiyaya real şans veririk. ABŞ düşməncəsinə ritorikasına baxmayaraq, bu qərarı yaxşı dəyərləndirməlidir” deyib.
Ali Rəhbər Əli Xamneinin siyasi müşaviri Əli Şamxani deyib: “Tehran media tamaşasından uzaq, real, ədalətli bir razılaşma əldə etmək istəyir. Əhəmiyyətli və işlək təkliflər hazırlanıb. Əgər Vaşinqton sövdələşmədə qətiyyət nümayiş etdirsə, razılaşmaya gedən yol açıq olacaq”.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfinə isə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək.
Nuranə Məmmədova