İran 2015-ci il nüvə sazişinin tələb etdiyi uranın zənginləşdirilməsi səviyyəsinə qayıda bilər – ancaq ABŞ bir neçə şərtə əməl etsə.
Elchi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) İran və Avropa rəsmilərinə istinadən yazır.
“İran 2015-ci il razılaşmasına əsasən icazə verilən nüvə zənginləşdirmə səviyyəsinə qayıtmağa hazır olacaq”, – nəşr yazır.
Buna nail olmaq üçün Tehranın milyardlarla dollarlıq dondurulmuş aktivlərə çıxış, həmçinin nüvə sektoruna qarşı sanksiyaların yumşaldılmasını və ABŞ-ın Çində İran neftinin alıcılarına təzyiqinə son qoyulmasını istədiyi bildirilir.
Yeganə