İranın ali dini lideri Ayətullah Əli Xamenei dolayı danışıqların uğurlu olacağı təqdirdə ABŞ prezidenti Donald Trampın administrasiyası ilə birbaşa dialoqa icazə verib.
Elchi.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
“Saatlarla davam edən müzakirələrdən sonra Xamenei güzəştə getdi. İki məmurun sözlərinə görə, o, vasitəçi vasitəsilə əvvəlcə dolayı yolla danışıqlara icazə verib, sonra hər şey qaydasına düşərsə, amerikalı danışıqlarçılarla birbaşa təmaslara icazə verib”,-nəşr qeyd edib.
Nəşrin yazdığına görə, İran lideri bu qərarı digər yüksək rütbəli məmurların təzyiqi altında qəbul edib, onların çoxu ABŞ-la mümkün müharibəni və iqtisadi böhranın ağırlaşmasını İslam Respublikası üçün ekzistensial təhlükələr kimi qəbul edir.
Bundan əvvəl Ayətullah Xamenei Tramp administrasiyası ilə danışıqlar təklifini qəbul etməkdən imtina edərək, Ağ Evin yeni sahibini öz maraqlarını Tehrana sırıdığına görə qınamışdı. Öz növbəsində, Amerika prezidenti dəfələrlə bu məsələnin hərbi yolla həllini istisna etmədən, nüvə proqramı ilə bağlı İranla razılaşmanın lehinə çıxış edib.
Yeganə