“Türkiyə Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvü olmalıdır”.
Elchi.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən diplomatik forumda deyib.
“Türkiyə gələcəkdə Avropanın təhlükəsizliyi üçün məsuliyyət daşımağa hazırdır, xüsusən də son illərdə böyük nailiyyətlər əldə etdiyi müdafiə sənayesində. Fikrimizcə, Türkiyənin Avropa İttifaqına üzv olmaq məqsədindən uzaqlaşması ilə bağlı iddia və tənqidlər tamamilə əsassızdır. Avropa İttifaqına tam üzvlük ölkəmizin strateji hədəfi olaraq qalır”,-deyə o, qeyd edib.
Yeganə