image-abd-ve-iran-masada-kritik-gorusmeler-basladi-vx7ybackend

ABŞ və İran masada! Kritik danışıqlar başlayıb

Donald Trampın razılıq əldə edilmədiyi təqdirdə hərbi müdaxilə təhlükəsi altında İran və ABŞ arasında dolayı danışıqlar Omanda başlayıb. Rusiyanın da danışıqlarda fəal rol oynayacağı gözlənilir.
Elchi.az xəbər verir ki, ABŞ və İranın yüksək vəzifəli rəsmiləri bu gün Omanda Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlayıblar. Danışıqların başlandığını İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi açıqlayıb.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Arakçi başçılıq edir, ABŞ prezidenti Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff isə ABŞ nümayəndə heyətinin başındadır.
İranın xarici işlər naziri Abbas Arakçi danışıqlar aparmaq üçün Omana gəlib. ABŞ nümayəndə heyətinə Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq edir.
Maskata gəldikdən sonra açıqlama verən Arakçi, “İranın niyyəti bərabər şərtlərlə ədalətli və şərəfli bir razılaşma əldə etməkdir” dedi. Hazırkı görüşün bir çox prinsip və əsas məqamların aydınlaşdırılmasına kömək edəcəyini bildirən Arakçi, “Qarşı tərəf də eyni yanaşma ilə danışıqlara girərsə, konstruktiv danışıqlar prosesinin yolunu açacaq ilkin razılığa gəlmək imkanı yaranacaq” dedi.
ABŞ prezidenti Donald Tramp aprelin 7-də İranın nüvə proqramı ilə bağlı yüksək səviyyəli üzbəüz danışıqların aparılacağını açıqlayıb. İranın ali dini lideri Ayətullah Əli Xamenei mart ayında Tramp administrasiyasının birbaşa danışıqlar təklifini açıq şəkildə rədd edib.
Bu inkişafdan sonra Tramp İrana qarşı hərbi müdaxilə ehtimalını gündəmə gətirib.
Rusiyanın da danışıqlarda fəal rol oynayacağı gözlənilir. Kreml aprelin 7-də bildirib ki, Rusiya Tehranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında yaranmış gərginliyi aradan qaldırmaq üçün əlindən gələni etməyə hazırdır.
İranın nüvə proqramı iki ölkə arasında münasibətlərdə ən həssas və gərginlik yaradan məsələ kimi önə çıxır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki