image-ingiltere-genel-reuters-2251175_1backend

Britaniya Rusiyanın casusluq ittihamlarını rədd edir

Rusiyanın altı britaniyalı diplomatın casusluqda şübhəli bilinərək akkreditasiyasını ləğv etməsindən sonra Britaniya casusluq ittihamlarının “tamamilə əsassız” olduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyinin sözçüsü mövzu ilə bağlı verdiyi yazılı açıqlamada, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İngilis personalına qarşı irəli sürdüyü ittihamların “tamamilə əsassız” olduğunu bildirib.
Sözçü, “Rusiya hökuməti Rusiyanın Avropa və Böyük Britaniyadakı fəaliyyətlərinə qarşı Britaniya hökumətinin gördüyü tədbirlərə uyğun olaraq, keçən ay 6 Britaniya diplomatının Rusiyadakı diplomatik akkreditasiyasını ləğv etdi. Milli maraqlarımızı qoruduğumuz üçün üzr istəmirik” deyib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki