Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrel bildirib ki, Yaxın Şərqdə vəziyyət həm regionda, həm də onun hüdudlarından kənarda kritik təhlükə həddinə çatıb.
Elchi.az xəbər verir ki, Borrel bu barədə sosial media mikrobloqunda yazıb:
“Mən Livanın baş naziri Mikatinin Qəzzada genişmiqyaslı müharibə təhlükəsinin qarşısını almaq üçün çox lazım olan atəşkəsə əlavə olaraq, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini dərhal yerinə yetirmək çağırışını dəstəkləyirəm”.
Bundan əvvəl İsrail döyüş təyyarələri Livan ərazisinə hücum edib. Daha sonra Hizbullah Beyrutda komandiri Fuad Şükrün öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə pilotsuz təyyarə və raket atıb.
Yeganə