image-dunya-iklim-degisikligi-getty-1819958backend

BMT: Ölkələrin iqlim planları hələ də qlobal istiləşməni məhdudlaşdırmaqdan uzaqdır

Hökumətlərin istixana qazı emissiyalarını azaltmaq üzrə milli öhdəliklərinin “fəlakətli qlobal istiləşməni” məhdudlaşdırmaq üçün lazım olan səviyyədən xeyli aşağı olduğu bildirilir.
Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının ( UNFCCC ) iqlim dəyişikliyi ilə mübarizədə istixana qazı emissiyalarının azaldılması üzrə öhdəliklərini özündə əks etdirən Milli Töhfə Bəyannamələrinin (NDC) Sintez Hesabatı dərc edilib.
Hesabata Paris Sazişinin iştirakçısı olan 195 ölkə üçün sentyabr ayı üzrə təqdim edilmiş və ya yenilənmiş MDM-lər daxildir. Bu MDM-lər ümumi qlobal emissiyaların 95 faizini əhatə edir və 2019-cu ildə 52,9 giqaton karbon qazı ekvivalenti olduğu təxmin edilir.
Hesabata görə, ölkələrin BMT-yə təqdim etdiyi MDM-lər 2030-cu ilə qədər qlobal emissiyaların 2019-cu ilin səviyyəsi ilə müqayisədə 2,6 faiz azaldılmasını təmin edir.
Lakin bu nisbət alimlərin Paris razılaşmasında qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün zəruri hesab etdikləri 43 faiz azalma səviyyəsindən çox uzaqdır.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki