image-555backend

Bir gecədə üç rus əsgərini öldürən qadın Putinə meydan oxudu – Foto 

Ukraynanın Rusiya ilə münaqişədə olduğu Donbas bölgəsində xidmət edən və bir gecədə 3 rus hərbçisini öldürməsi ilə tanınan 42 yaşlı Alyona Bilozerskaya mümkün müharibədə tərəddüd etmədən eyni şeyi edəcəyini bildirib.

Alp.az  xəbər verir ki, Bilozerskaya Rusiya Prezidenti Vladimir Putinə də meydan oxuyub.

Rusiya və Ukraynanın müharibənin astanasında olduğu Donbasda gərginlik davam edir. Artıq ekspertlər bundan əvvəl də savaşa meydan vermiş bölgədə yeni müharibənin sürpriz olmayacağını bildirirlər.

Donbasda snayper kimi xidmət edən və ruslarla qarşıdurmalarda uğurları ilə tanınan ukraynalı qadın snayper Alyona Bilozerskaya ölkəsini qorumaq üçün heç vaxt silaha sarılmaqdan qorxmadığını və yenidən eyni şeyi edə biləcəyini bildirib.

Münaqişə bölgəsində bir gecədə 3 rus hərbçisini öldürməklə tanınan və ləqəbi “Ölümcül qadın” olan Alyona Bilozerskaya Putinə də meydan oxuyub. O deyib ki, Putin işğal əmri versə, bütün rus hərbçilərini tərəddüd etmədən bir-bir vuracaq.teleqraf

image-0 image-7 image-8 image-9

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki