Avro-2020-nin qrup mərhələsi davam edir. Bu gün 3 oyun keçirilib. Əvvəlcə C qrupunda Ukrayna Şimali Makedoniya ilə qarşılaşıb. Görüş Ukrayna millisinin qələbəsi ilə başa çatıb – 2:1. Bu, Andrey Şevçenkonun komandasının turnirdə ilk qələbəsi olub.
B qrupunda Danimarka Belçika ilə üz-üzə gəlib. Hesabı Danimarka açsa da, Belçika yığması əzmkar qələbə qazanıb – 2:1. Bununla da komanda 1/8 finala vəsiqəni təmin edib. Günün sonuncu matçında isə C qrupunda Niderland Avstriya ilə oynayacaq.
Avropa çempionatı
2-ci tur
B qrupu
20:00. Danimarka – Belçika – 1:2
Qollar: Yussuf Poulsen, 2 (1:0), Torqan Hazard, 55 (1:1), De Brüyne, 71 (1:2)
Baş hakim: Byörn Kuypers (Niderland)
Kopenhagen, “Parken” stadionu
1 | Belçika | 1 | 1 | 0 | 0 | 3 | 0 | 3 |
2 | Rusiya | 2 | 1 | 0 | 1 | 1 | 3 | 3 |
3 | Finlandiya | 2 | 1 | 0 | 1 | 1 | 1 | 3 |
4 | Danimarka | 1 | 0 | 0 | 1 | 0 | 1 | 0 |
C qrupu
17:00.Ukrayna – Şimali Makedoniya – 2:1
Qollar: Yarmolenko, 29 (1:0), Yaremçuk, 34 (2:0), Alioski, 57 (2:1)
Baş hakim: Fernando Rapallini (Argentina)
Buxarest, “Milli Arena”
23:00. Niderland – Avstriya
Baş hakim: Orel Qrinfeld (İsrail)
1 | Avstriya | 1 | 1 | 0 | 0 | 3 | 1 | 3 |
2 | Niderland | 1 | 1 | 0 | 0 | 3 | 2 | 3 |
3 | Ukrayna | 2 | 1 | 0 | 1 | 4 | 4 | 3 |
4 | Şimali Makedoniya | 2 | 0 | 0 | 2 | 2 | 5 | 0 |