ABŞ prezidenti Bayden İsrail prezidenti Hersoqla görüşündə deyib ki, onların İsrailə dəstəyi sarsılmazdır.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ağ Evdə İsrail prezidenti İsaak Hersoqla görüşüb. Görüşdən əvvəl mətbuata açıqlama verən Bayden və Hersoq ABŞ və İsrail arasında köklü dostluğun qədim dövrlərə gedib çıxdığını qeyd ediblər.
Bayden, Herzoqu yenidən Oval Ofisdə qəbul etməkdən məmnun olduğunu ifadə edərək, “İsrailə bağlılığımız sarsılmazdır, bunu bilirsiniz və biz çox dərin dostluğu paylaşırıq” deyib.
Herzoq isə Bayden kimi bir dosta sahib olduqları üçün xoşbəxt olduqlarını vurğulayaraq, ABŞ-ın İsrailə verdiyi dəstəyə təşəkkür edib.