Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.
Elchi.az xəbər verir ki, bunu xidmət rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir:
“Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir”.
***
Bakıda və Abşeron yarımadasında oktyabrın 28-i günün birinci yarısında arabir yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bildirilib ki, yarımadanın bəzi yerlərində leysan xarakterli olub.
***
Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində oktyabrın 28-i günün birinci yarısında qısamüddətli leysan xarakterli yağış yağıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, yağıntının miqdarı 9 mm qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 %-ni təşkil edir.
G.Abbasova məlumat verib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.