Türkiyənin ən böyük şirkətlərindən biri olan ASELSAN-nın uğurları dünya ölkələrini təccübləndirməkdə davam edir. Alp.az xəbər verir ki, dünyanın nüfuzlu media qurumları son bir neçə il ərzində ASELSAN şirkətinin yüksəlişini peşəkarlıqla dəyərləndirib. Rusiyanın hərbi mediası isə ASELSAN şirkətinin 44 günlük Qarabağ savaşında Azərbaycan ordusuna verdiyi rabitə sistemlərinin mükəmməl olduğunu önə çəkib.
ASELSAN şirkətinin uğuru nədən ibarətdir?
ASELSAN 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrinin xəbərləşmə cihaz ehtiyaclarının qarşılanması məqsədiylə qurulub. Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondunun bir quruluşudur. Quruluş müddətində Məmməd Həcim Kamoyun xüsusi əməyi vardır. Sərmayə işlərini qısa müddətdə tamamlanıb və 1979-cu ilin əvvələrindən Ankara Məcunköy yaxınlığında fəaliyyətə başlayıb. ASELSAN, quruluş illərindən bu günə qədər yeni texnologiyanın yaradılması, proqramlı bir şəkildə müştəri və məhsul seçimin genişləndirilməsinə nail olub, bu gün müasir elektronik cihaz və sistemlər inkişaf etdirən, çıxaran, təsis edən, satışa çıxaran və satış sonrası xidmətlərini icra edən dünyanın ən yaxşı şirkətlərindən birincisidir. ASELSAN orijinal məhsullarını ixrac edən və dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkətlərindən birinə çevrilib. 6000 nəfərlik ixtisaslı mühəndis qrupu ilə ASELSAN illik dövriyyəsinin 7%-ni öz resursları ilə maliyyələşdirdiyi AR-GE fəaliyyətinə ayırır.
Məhz bu uğurun nəticəsidir ki, Capital təqdiqat mərkəzi , Türkiyənin 500 ən böyük özəl şirkəti arasında ASELSAN-ı xüsusi dəyərləndirib.
1975-ci ildə qurulduğu gündən bu günə qədər ASELSAN, Türk ordusu və təhlükəsizlik qüvvələri üçün ən böyük elektron sistem tədarükçüsüdür. Türkiyənin müdafiə sənayesi və ASELSAN-ın qabaqcıl texnologiyasında flaqman olan bu ad, tibbi texnoloji sahəsində də daşınmağa hazırlaşır. Görüntüləmə, mikrodalğalı soba, radar, elektro-optik və güc elektronikası kimi ASELSAN hərbi müdafiə texnologiyalarının biliyi sayəsində üç səhiyyə sahəsi, yəni “görüntü cihazları”, “diaqnostik, diaqnostik və izləmə cihazları” və “həyatı dəstəkləyən cihazlar” “hədəflər olaraq təyin edilir.
Türkiyənin lider müdafiə şirkəti ASELSAN; Öz mühəndis heyəti ilə kritik texnoloji imkanlarını misilsiz inkişaf etdirmək, məhsullarına ən qabaqcıl texnologiyanı tətbiq etmək və davamlı tədqiqat və inkişafa müntəzəm investisiya qoymaqla məşhurdur. ASELSAN,% 8-i mühəndis olan 59.000-dən çox işçisi ilə Ankaradakı üç kampusda fəaliyyətini davam etdirir.
Məhz yüksək texnalogiyanın inkişaf etdirilməsi ASELSAN dünya brendinə çevirdi. Bu şirkəti Azərbaycanın müdafiə sənayesində xüsusi yeri var.
Qarabağ savaşında rabitə sistemləri də müasir texnalogiyalarla əvəzlənib. Bu isə əməliyyatların tam məxfi aparılmasına şərait yaradıb.
Onu da xatırlatmaq yerinə düşər ki, istehsal etdikləri texnalogiyalarla Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında ön yerdə dayanan Türkiyənin ASELSAN şirkəti hər iki Qarabağ döyüşlərində Azərbaycan Ordusunu rabitə sistemləri ilə təmin edib.
44 günlük Vətən Müharibəsində ASELSAN şirkətinin istehsal etdiyi məhsulların nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Məhz bu uğurun nəticəsi idi ki, Azərbaycan ASELSAN şirkəti ilə əməkdaşlığı daha da dərinləşdirməyə qərar verdi.
ASELSAN İdarə Heyətinin sədri Haluk Görgünün Azərbaycana səfəri bu əlaqələrin daha da genişləndirilməsindən xəbər verir.
Aparılan danışıqlardan sonra radio elektron sistemlər, uzaqdan idarə olunan komanda kontrol sistemlərinin Azərbaycanda birgə istehsalı, habelə gələcəkdə dünya ölkələrinə satışının həyata keçirilməsi planlaşdırılır. Bu isə ASELSAN-ın Azərbaycan silah bazarında möveyini gücləndirir.
Qoşqar Salmanlı
Hərbi jurnalist