image-vizit-dzho-baydena-na-ukrainu-stockbackend

ABŞ-Ukraynanın faydalı qazıntılar mövzusunda əməkdaşlığı iddia edilir

ABŞ və Ukraynanın yaxın saatlarda strateji faydalı qazıntılar üzrə əməkdaşlığı nəzərdə tutan kritik saziş imzalaya biləcəyi irəli sürülüb.
Elchi.az xəbər verir ki, adı açıqlanmayan Ağ Ev rəsmisinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp martın 4-ü axşam Konqresdəki çıxışında razılaşmanı elan etmək istədiyini müşavirlərinə çatdırıb.
Bununla belə, rəsmi Ukrayna ilə ABŞ arasında razılaşmanın hələ imzalanmadığını və prosesdə dəyişikliklərin ola biləcəyini vurğulayıb. Tərəflərin razılaşdığı deyilən müqavilə imzalansa, iki ölkə arasında genişmiqyaslı iqtisadi tərəfdaşlıq başlayacaq.
Ukrayna prezidenti Vladimir Zelenski fevralın 28-də ABŞ-a səfər edib və Ağ Evdə prezident Trampla görüşüb. Görüş çərçivəsində ABŞ-Ukrayna faydalı qazıntılar sazişinin imzalanması gözlənilirdi. Lakin Oval kabinetdə mətbuata açıq keçən görüşdə iki lider arasında qızğın mübahisə yaşanıb.
Prezident Tramp Zelenskini “Üçüncü Dünya Müharibəsi ilə oyunlar oynamaqda” ittiham edib və ABŞ-ın dəstəyi müqabilində Ukraynanın daha çox şey etməli olduğunu iddia edib. Bu gözlənilməz gərginliyə görə görüş planlaşdırılandan tez başa çatıb və Zelenski Ağ Evi tərk edib. Nəticədə gözlənilən saziş imzalanmayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki