ABŞ Dövlət Departamenti İsrailə təxminən 3 milyard dollar dəyərində bomba, təlimat dəstləri və digər silahların satışını təsdiqləyib.
Elchi.az xəbər verir ki, ABŞ İsrailə hərbi yardımını davam etdirir. ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı olan Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyindən (DSCA) edilən açıqlamada, ABŞ Dövlət Departamentinin İsrailə təxminən 3 milyard dəyərində yeni silah satışına icazə verdiyi açıqlandı. Ümumilikdə 3 fərqli silah satışının təsdiq üçün Konqresə rəsmi şəkildə bildirildiyi bildirilib. Bir satışa 2,4 milyard dollar dəyərində 35,500-dən çox MK-84 və BLU-117 bombası və 4,000 Predator döyüş başlığı, digərinə isə 675,7 milyon dollar dəyərində sursat, üçüncüsü isə 295 milyon dollar dəyərində D9R və D9T Caterpillar buldozerləri və müvafiq avadanlıqlar daxil idi.
Sözügedən silah satışı ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən bu ay İsrailə verilən ikinci satış paketi olaraq qeyd edilib.
Şayəstə Hüseynova