image-snimok-yekrana-223backend

ABŞ-ın iki F-35 qırıcısı Yaponiyada təcili eniş edib

ABŞ ordusuna məxsus iki F-35 qırıcısının Yaponiyanın Ehime prefekturasındakı Matsuyama hava limanına təcili eniş etdiyi bildirilib. Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilib.
Elchi.az xəbər verir ki, dünyada bir-birinin ardınca baş verən mülki və hərbi aviasiya qəzaları təhlükəsizlik baxımından narahatlıq doğursa da, bu dəfə Yaponiyanın Ehime prefekturasında narahat anlar yaşanıb. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, ölkənin Yamaquçi prefekturasındakı İvakuni aviabazasında yerləşən ABŞ-a məxsus iki F-35 döyüş təyyarəsi yanacağı bitdikdən sonra yerli vaxtla saat 12:05-də Matsuyama hava limanına təcili eniş edib.
Hadisə nəticəsində xəsarət alan olmadığı açıqlanarkən, sərnişin təyyarəsinin Matsuyama hava limanına enişdə gecikdiyi qeyd edilib. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki