Alimlər süni intellekt və rentgen görüntüləmə üsullarından istifadə edərək, qədim Roma şəhəri Herkulaneumda üzə çıxarılan 2000 il oxunmaz qalan perqamentin şifrəsini açmağa müvəffəq olublar.
Elchi.az xəbər verir ki, 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kömürləşmiş və son dərəcə kövrək hala düşmüş perqamenti açmaq fiziki olaraq mümkün deyildi.
Bununla belə, alimlər rentgen skanları və süni intellekt tərəfindən dəstəklənən analizlərlə mətnin məzmununu üzə çıxara biliblər.
Şayəstə Hüseynova