image-owl_detail_240_1d2b62a75df48ef4f688ca3de2a63e65backend

Zelenski: Kiyev üçün təhlükəsizlik zəmanəti olmadan Ukraynada atəşkəs olmayacaq

Kiyev müttəfiqlərindən təhlükəsizlik zəmanəti almayana qədər Ukraynada atəşkəs olmayacaq.
Elchi.az xəbər verir ki, bunu Ukraynanın “Obşçestvennoe” nəşri YouTube -da yayımlanan brifinqdə respublika prezidenti Volodimir Zelenski deyib.
O, yalnız Ukraynanın təhlükəsizlik zəmanəti aldığı zaman atəşkəsə razılaşmağa hazır olduğunu vurğulayıb. Siyasətçinin fikrincə, bu, münaqişənin zamanla yenidən başlamasının qarşısını almaq üçün lazımdır.
“Biz hamımız başa düşməliyik ki, sadə atəşkəs olmayacaq və Ukraynanın təhlükəsizlik zəmanəti olmayacaq, belə olmayacaq. Müharibənin sona çatmasının yeganə yolu odur ki, sabah (yenidən) başlamayacağını bilək”.
Zelenski həmçinin qeyd edib ki, o, ABŞ- la daha bir müqavilə imzalamağı zəruri hesab edir. O, yeni sazişin konkret nədən ibarət olacağını açıqlamayıb, lakin qeyd edib ki, nadir torpaq metalları sazişinin icrasını təmin etməlidir. Ukrayna lideri onu da qeyd edib ki, Kiyev və Vaşinqtonun tərəfdaşlıq baxımından harda dayandığını anlamalıdır.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki