Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin respublika üçün necə bitəcəyi ilə bağlı anlayışın olması şərtilə danışıqlara hazır olduğunu bildirib.
Elchi.az xəbər verir ki, onun sözlərini “UNİAN” yayıb.
“ Mən danışıqlara hazıram , əgər bu müharibənin bizim üçün necə bitəcəyini başa düşsək , heç bir problem olmayacaq ” , – deyə Zelenski bildirib.
O əlavə edib ki, Aİ ölkələri və ABŞ Rusiya və prezident Vladimir Putinin iştirakı olmadan diplomatiyanın mümkünsüz olduğuna inanır.
Nuranə Məmmədova