Zelenski ABŞ-la mineral ehtiyatlar haqqında sazişi müzakirə etməyə hazır olduğunu bildirib.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın rəhbərlik etdiyi minerallar üzrə təklif olunan sazişdə “hər şeyi imzalamağa” hazır olmadığını, lakin onu müzakirə etməyə hazır olduğunu söylədi. TASS xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında bildirib.
Müqavilə layihəsini fevralın 12-də Kiyevdə ABŞ-ın maliyyə naziri Skott Bessent təqdim edib. Fevralın 14-də Ukrayna müqavilənin öz variantını ABŞ-a təqdim edib.
Bundan əvvəl türkiyəli analitik Selvi qeyd etmişdi ki, ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsində vasitəçilikdə maraqlı olmasının səbəblərindən biri də siyasətçinin Ukraynanın 500 trilyon dollar dəyərində nadir torpaq metal yataqlarına göz dikməsidir. O, həmçinin qeyd edib ki, Tramp sələfi Co Baydendən fərqli olaraq, büdcədən Ukraynaya dəstək üçün milyardlarla ABŞ dolları göndərilməsini vəsaitlərin sui-istifadəsi hesab edir. İndi Selvinin sözlərinə görə, Amerika lideri Kiyevi öz resursları ilə hərbi dəstəyi ödəməyə məcbur etmək niyyətindədir.
Şayəstə Hüseynova