image-download-2025-03-04t210326-788backend

Yunanıstan: ABŞ Ukrayna məsələsində Aİ-ni dəstəkləməlidir

Yunanıstanın xarici işlər naziri i Giorgos Gerapetritis Avropanın Ukrayna məsələsində mühüm rol oynamalı olduğuna inandığını və ABŞ-ın Avropaya dəstək verməli olduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri i Giorgos Gerapetritis Fox News-a deyib: “Biz diqqətimizi Ukraynanın daxil olduğu gələcəyə yönəltməliyik “.
Ukraynada sülh mühitinin yaradılmasının vacibliyinə işarə edən Giorgos Gerapetritis Avropada müdafiə sahəsində ədalətli bir yükün bölüşdürülməsinin lazım olduğunu bildirib. Giorgos Gerapetritis qeyd edib ki, Yunanıstan Avropa İttifaqı (Aİ) çərçivəsində təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsini dəstəkləyir.
Avropanın Ukrayna məsələsində əsas rol oynaması lazım olduğunu müdafiə edən , Gerapetritis ” Mən ABŞ-ın da Avropanın yanında olması lazım olduğuna inanıram. Çünki birlikdə olsaq gücümüzü artıracağıq. Avropa olaraq Ukraynaya çoxşaxəli zəmanətlər də verə bilərik” deyib.
Giorgos Gerapetritis Avropanın bir qonşu olaraq vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməsi lazım olduğunu bildirərək, “ABŞ-ın dəstəyinə ehtiyacımız var, çünki ABŞ-ın fəal iştirakını davam etdirməsi vacibdir. Amma təbii ki, Avropa da mühüm rol oynamalıdır”  deyib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki