image-japonyayi-vuran-shanshan-tayfununda-olu-sayisi-6ya-yukseldi-veelbackend

Yaponiyanı vuran “Şanşan” qasırğasında ölənlərin sayı 6-ya çatıb

Yaponiyanı vuran “Şanşan” qasırğası nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 110-a yüksəlib.
Elchi.az xəbər verir ki, Yaponiyada 3 gündür şiddətli külək və yağışlara səbəb olan “Şanşan” tayfunu tədricən öz təsirini itirərkən, fəlakətin balansı aydınlaşmağa başlayıb.
Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, fırtına və sel nəticəsində Tokusima və Fukuoka əyalətlərində yaşayan 2 nəfərin ölümü ilə ölənlərin sayı 6-ya yüksəlib. Ölkənin müxtəlif bölgələrində, xüsusilə Miyazaki, Kaqosima, Naqasaki, Kumamoto, Oita, Fukuoka və Saqa əyalətlərində 110 nəfərin yaralandığı açıqlanıb. Kyuşu adasının bir çox bölgəsində daşqın və torpaq sürüşməsi baş verərkən, bu gün təxminən 131 min ev təsərrüfatının elektrik enerjisinin kəsildiyi bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki