ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yeni kitabında Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu yazıb.
Elchi.az xəbər verir ki, Amerika KİV-lərinin məlumatına görə, keçmiş prezidentin “Amerikanı xilas et” adlı kitabı sentyabrın 3-də işıq üzü görəcək.
Kitabda onun siyasi karyerasının mühüm anlarının fotoları çap olunub.
“Vladimir nüfuzlu liderdir, bizim yaxşı münasibətlərimiz var idi”.
Bundan əlavə, Tramp kitabda Şimali Koreya lideri Kim Çen In ilə münasibətlərinə də toxunub. Kitabda Kim Çen In ilə yazında “Biz çox qısa müddətdə bir-birimizi çox yaxşı tanıdıq” başlığı ilə çəkilmiş fotoşəkil yer alıb.
Yeganə
Mənbə: Nbcnews.com