image-kanada-justinbackend

Tramp Trüdo ilə danışıb

ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə Kanada və Meksikadan idxala 25 faizlik gömrük rüsumlarının tətbiqi ilə bağlı vəziyyəti müzakirə etmək üçün danışdığını bildirib.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki , bu barədə siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“İndicə Justin Trudeau ilə danışdım. Onunla saat 15:00-da yenidən danışacağam”, – Tramp açıqlamasında bildirib.
Respublikaçı bildirib ki, Kanada Amerika banklarının öz ərazisində iş aparmasına mane olur. Bundan əlavə, Tramp iddia edir ki, Amerika vətəndaşları Meksika və Kanada ilə sərhədlərdən keçən narkotiklərdən əziyyət çəkirlər.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki