ABŞ prezidenti Donald Tramp etiraf edib ki, onun Qəzzanı bərpa etmək planına fələstinlilərin anklava qayıtması imkanları daxil deyil. O qeyd edib ki, onlar üçün yeni təhlükəsiz icmalar tikiləcək.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novost”i yazır.
Bundan əvvəl Amerika lideri bildirmişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağına “nəzarəti ələ keçirəcək”, orada bərpa işləri aparacaq və sonra onu bütün planet üçün “Orta Şərq Rivierası”na çevirəcək.
Jurnalistlər ondan fələstinliləri hansı aqibətin gözlədiyini və onların Qəzzaya qayıtmasına icazə verilib-verilməyəcəyinə aydınlıq gətirməsini xahiş ediblər/
Nuranə Məmmədova