ABŞ prezidenti Donald Tramp bazar ertəsi günü polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Tramp Floridadan New Orleana Super Bowl-da iştirak etmək üçün gedərkən Air Force One təyyarəsində jurnalistlərə danışıb.
“ABŞ-a daxil olan bütün polad 25 faizlik tarifə tabe olacaq”. Tramp alüminium üçün də eyni tarifin tətbiq olunacağını bildirib.
Bazar ertəsi tarifləri açıqlayacağını deyən Tramp, Kanada və Meksikadan gələn alüminium və poladın da tariflərə tabe olacağını bildirib.
Qarşılıqlılıq əsaslı tarifləri çərşənbə axşamı və ya çərşənbə günü açıqlayacağını deyən Tramp, “Əgər bizdən 130 faiz ödəniş alırlarsa və biz onlardan heç nə tələb etmiriksə, bu belə qalmayacaq” deyib.
Şayəstə Hüseynova