image-thumbs_b_c_2ca33228815918a7589b48d9ffa93254backend

Sudanda vəba epidemiyasından ölənlərin sayı 334-ə yüksəlib

Cənubi Sudanda vəba epidemiyasından ölənlərin sayının 334-ə yüksəldiyi bildirilib.
Elchi.az xəbər verir ki, Cənubi Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada vəba epidemiyasının ölkənin 10 əyalətindən 7-də yayıldığı bildirilib.
Açıqlamada oktyabr ayından bu yana vəba xəstəliyinə yoluxanların sayının 19 min 320-yə çatdığı, epidemiyadan ölənlərin sayının isə 334-ə yüksəldiyi bildirilib.
10 dekabr 2024-cü il tarixində Cənubi Sudan hökuməti Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə əməkdaşlıq edərək ölkədə vəba epidemiyası hallarının artmasına qarşı vətəndaşları peyvənd etmək üçün proqrama başlayıb.
Müharibənin davam etdiyi qonşu Sudanda avqustun 12-də vəba epidemiyası elan edilib və yoluxma sayı 49 mini keçib.
Sudandakı müharibə səbəbindən Cənubi Sudana keçənlərin sayının 880 min civarında olduğu təxmin edilir.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki