Böyük Britaniyanın baş naziri Starmer Trampla ABŞ-a gözlənilən səfərini müzakirə edib.
Elchi.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı ABŞ-a gözlənilən səfərini müzakirə edib. Bu barədə Reuters xəbər verir.
“Baş nazir prezident Trampın Böyük Britaniyadakı xüsusi nümayəndəsi Mark Burnetti dünən axşam Dauninq-stritdə qəbul etməkdən çox məmnun olub və bu zaman o (Starmer – Gazeta.Ru) ABŞ-a gözlənilən səfərini müzakirə etmək üçün prezident Trampa zəng edib”, – nəşr yazır.
Lakin Starmerin ABŞ-a səfərinin dəqiq tarixi açıqlanmayıb.
Fevralın 12-də Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıb. İki dövlətin liderləri arasında söhbət təxminən saat yarım davam edib. Prezidentlər razılaşıblar ki, Ukrayna münaqişəsinə son qoymağın vaxtı çatıb. Ukrayna prezidenti Vladimir Zelenski də Putinlə danışıqlara hazır olduğunu, ancaq ABŞ və digər müttəfiqləri ilə dialoqdan sonra olduğunu bildirib.
Şayəstə Hüseynova