Siyarto: Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməyəcək
Elchi.az xəbər verir ki, Macarıstan Rusiyadan neft tədarükü olmadan yaşaya bilməyəcək. Təfərrüatları RBC-yə müsahibəsində ölkənin xarici işlər naziri Peter Siyarto açıqlayıb.
“Macarıstan Rusiyadan neft tədarükünü dayandırarsa, biz sadəcə sağ qala bilməyəcəyik, geniş mənada ölkəni qidalandıra bilməyəcəyik. Sadəcə olaraq biz yanacağa olan tələbatı ödəyə bilmirik”, – deyə o bildirib.
Siyarto əlavə edib ki, Macarıstanın ölkəni lazımi enerji resursları ilə təmin etmək üçün uyğun alternativi yoxdur.
Bundan əvvəl Avropa Komissiyası Macarıstan və Slovakiyaya Ukraynanın Rusiya Federasiyasından tədarükün qarşısını alması ilə bağlı şikayətə cavab olaraq Rusiya neftindən imtina etməyi və alternativ mənbələr axtarmağı tövsiyə etmişdi.
Həmçinin bildirilib ki, Siyarto Macarıstan, Rusiya və Slovakiya nümayəndələrinin Ukraynanın Rusiyadan neft tranzitini dayandırması ilə bağlı telefon danışığı apardığını bildirib.
Bundan əvvəl Macarıstan Rusiya və Slovakiya ilə neftin Ukrayna ərazisindən tranzitini müzakirə edib.
Şayəstə Hüseynova