Quba rayon icra başçısı Ziyəddin Əliyev YAP-ın Quba rayon təşkilatının sədrinə qarşı hücuma keçib. Alp.az xəbər verir ki, bu barədə jurnalist Cəmil Məmmədli öz sosial hesabında yazıb.
Ziyəddin Əliyev YAP sədri Yusif Abidovun oğlu Orxan Abidovu işdən qovub. Maraqlıdır ki, icra başçısı bəhanə kimi Orxan Abidovun “vaksinasiya işi”ndə ləng olduğunu göstərsə də, əslində məlumatlı şəxslər əsas səbəbin başqa olduğunu bildirirlər.
Qeyd edim ki, bir müddət öncə Ziyəddin Əliyevin Yusif Abidova 170 min manat pul” atdığı” iddia olunurdu.
Quba rayon icra hakimiyyətindəki mötəbər mənbələr, Yusif Abidovun Ziyəddin Əliyevdən həmin pulu güclə də olsa geri aldığını söyləyirlər.
Ehtimal olunur ki, bundan qəzəblənən icrabaşı Abidovları cəzalandırmağa qərar verib. Nəticədə ilk fürsətdə Qonaqkənd icra nümayəndəsi işləyən Orxan Abidovu işdən qovulub.
Məlumat üçün deyim ki, son günlər işdən çıxarılanlar arasında Çiçi, Amsar və Yerfi kənd icra nümayəndələri də var…