image-images-21backend

Qəzzada ölənlərin sayı 43 min 508-ə yüksəlib

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 43 min 508-ə, yaralıların sayı isə 102 min 684-ə yüksəlib.
İsrailin Qəzza zolağına hücumları 399 gündür ki , davam edir.
Elchi.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi 3 hücumda 39 fələstinlinin həyatını itirdiyi, 123 fələstinlinin isə yaralandığı bildirilib.
Qəzza zolağında 7 oktyabr 2023-cü ildə başlayan hücumlarda ümumi can itkisinin 43 min 508-ə, yaralı sayının isə 102 min 684-ə yüksəldiyi bildirilib.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki