Qəzzada HƏMAS və İsrail arasında əsir mübadiləsinə hazırlıq gedir.
Elchi.az xəbər verir ki, Qəzza zolağında HƏMAS və İsrail arasında əldə edilmiş razılaşmadan sonra baş tutacaq məhbus mübadiləsi üçün Qəzza zolağının mərkəzindək Nusayrat Qaçqınlar Düşərgəsində hazırlıqlar davam edir.
HƏMAS-ın bu gün 6 israilli məhbusu təhvil verəcəyi gözlənilir. Bölgəyə çoxlu sayda İzzəddin əl-Qəssam Briqadası üzvləri göndərilib.
Nuranə Məmmədova