Rusiya prezidenti Vladimir Putin hökumətə Qərb şirkətlərinin Rusiya bazarına qaytarılması prosesi ilə məşğul olmağı tapşırıb və vurğulayıb ki, Rusiya şirkətlərinin qazandığı sərfəli mövqe qorunmalıdır.
Elchi.az xəbər verir ki, Putin paytaxt Moskvada keçirilən “Gələcəyin Texnologiyaları Forumu” tədbirindəki çıxışında sanksiyaların Rusiya üçün çətinliklər yaratdığına diqqət çəkib.
Rusiya ilə ABŞ arasında başlayan danışıqlar fonunda Qərb şirkətlərinin Rusiyaya mümkün geri dönməsini qiymətləndirən Putin, “Hökumətdən yerli istehsalçılara müəyyən üstünlüklər təmin etmək üçün şirkətlərimizlə rəqiblərimiz arasında qarşılıqlı əlaqəni necə tənzimləyə biləcəyimizi təhlil etməyi xahiş edirəm” – deyib.
Prosesin Ümumdünya Ticarət Təşkilatına uyğun olması lazım olduğunu vurğulayan Putin, “Bizim üçün çətinliklər yaradılıb və öz istehsalçılarımızı qoruyub onlara üstünlüklər təmin etməklə bazarımıza qayıtmaq istəyənlərin geri qayıtmasını təşkil edə bilərik” – deyə şərh edib.
Nuranə Məmmədova