image-thumbs_b_c_5f119eea20119231b2a3ba8594145730backend

Polşada prezident seçkilərinin tarixi bəlli olub

Polşada ölkəni təmsil edəcək yeni prezidentin müəyyənləşdirilməsi üçün seçkilərin mayın 18-də keçiriləcəyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Polşa parlamentinin sədri Şimon Franciszek Holownia ölkədə keçiriləcək prezident seçkiləri prosesinin təqvimini açıqlayıb.
Seçki təqviminin “seçki kampaniyasına və lazımi prosedurlara kifayət qədər vaxt vermək” üçün erkən müəyyən edildiyini bildirən Holownia, prezident seçkiləri üçün səsvermənin mayın 18-də keçiriləcəyini açıqlayıb.
Holownia qeyd edib ki, hər hansı namizəd birinci turda kifayət qədər səs toplaya bilməsə, səsvermənin ikinci turu iyunun 1-də keçiriləcək.
Parlament sədri Holownia seçkidə hakim tərəfdaşlardan biri olan “Polşa 2050” partiyasının namizədi kimi yarışacağını açıqlayıb.
Prezident seçkilərində hakim Vətəndaş Koalisiyası qrupunun namizədi Varşava meri Rafal Trzaskowski, müxalif Hüquq və Ədalət Partiyası tarixçi Karol Navroçki, Polşa Konfederasiya Partiyası isə Slavomir Mentzeni namizəd elan edib.
İkinci 5 illik səlahiyyət müddətini başa vurduqdan sonra avqustda vəzifəsini tərk edəcək hazırkı prezident Anjey Duda yenidən namizəd ola bilməyəcək.
Hesab edilir ki, prezident seçkiləri həm də Aİ tərəfdarı olan baş nazir Donald Tuskun hökuməti üçün etimad səsverməsi olacaq.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki