image-1734087817_65backend

Polşa Ukraynanın itirilmiş əraziləri qaytara bilmədiyini tanıdı

Hazırda Ukrayna münaqişə zamanı itirdiyi əraziləri geri qaytara bilmir.

Elchi.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun (BNB) rəhbəri Yaçek Severa Polskie Radiosunun efirində bildirib.

Severanın sözlərinə görə, hazırda Rusiyanın işğal etdiyi ərazilərin Ukraynaya qaytarılması mümkün deyil. BNB rəhbəri etiraf edib ki, 2025-ci ildə Moskva və Kiyev müvəqqəti atəşkəs əldə edəcəklər. Eyni zamanda, o, davamlı atəşkəs haqqında razılaşmanın “qeyri-müəyyən perspektivi təmsil etdiyini” vurğuladı.

Severa daha əvvəl demişdi ki, Polşanın Ukraynaya qoşun göndərməkdən imtina etməsi ölkəni parçalamaq cəhdində ittiham olunmaq qorxusu ilə bağlıdır. Dekabrın 12-də Polşanın baş naziri Donald Tusk Fransa prezidenti Emmanuel Makronla görüşündə Varşavanın atəşkəsdən sonra belə Ukraynaya qoşun yeritməyəcəyini bildirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki