“Donald Trampın andiçmə mərasimindən sonra ABŞ prezidenti kimi özümüzdən qabağa getməyin və onun hərəkətlərini proqnozlaşdırmağın mənası yoxdur”.
Elchi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Dmitri Peskov Trampın Ukraynanın Rusiyaya qarşı Amerika raketlərindən istifadə etməsinin münaqişənin gərginləşməsi olduğunu bildirən bəyanatlarına münasibət bildirərək qeyd edib ki, bu bəyanatlar Kremlin mövqeyi ilə üst-üstə düşür.
Eyni zamanda, Dmitri Peskovun sözlərinə görə, inauqurasiyadan sonra Trampın hərəkətlərinin necə olacağını zaman göstərəcək. “Seçilmiş prezidentin Oval kabinetdə yerini alana qədər gözləyəcəyik” dedi. O, əlavə edib ki, Rusiyanın ABŞ administrasiyaları, o cümlədən ilk dövründə Tramp administrasiyası ilə münasibətlərdə böyük təcrübəsi var. Və bu müddət ərzində Rusiyaya qarşı 50 dəfədən çox sanksiyalar tətbiq edilib.
Yeganə