Çin ABŞ-ın əsas “milli maraqlarına təhdid” yaradır və Prezident Donald Trampın xarici siyasəti Çinin Hind-Sakit okean regionunda cilovlanmasına üstünlük verəcək.
Elchi.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pentaqnun rəhbəri Pit Heqset bildirib.
ABŞ müdafiə departamentinin rəhbəri deyib : ” Bizim vətənimizi və Hind – Sakit okean regionunda əsas milli maraqlarımızı təhdid etmək potensialına və niyyətlərinə malik olan kommunist Çin qarşısında müqayisə oluna bilən rəqiblə qarşılaşırıq ”
Hegset həmçinin vurğulayıb ki, Çin regionda təsirini artırır və ABŞ müttəfiqləri ilə koordinasiya yolu ilə onu cilovlamağa çalışacaq.
Daha əvvəl Heqseth bildirib ki, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması qeyri-realdır və ölkə hakimiyyəti bu faktı qəbul etməlidir. Pentaqon rəhbəri onu da vurğulayıb ki, Tramp administrasiyası Ukraynanın NATO- ya daxil olmasını münaqişənin həlli üçün sülh planının bir hissəsi kimi görmür.
Nuranə Məmmədova