image-dcb964459739dc3ac122b1ac4d74c0f5backend

Paşinyan: “Ermənistanda de-yure Azərbaycan anklavları yoxdur” 

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatında çıxış edib.

konkret.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında Brüssel görüşünün nəticələrindən danışıb.

Onun çıxışından kiçik bir hissəni təqdim edirik:

“Brüsseldə anklavlar məsələsi müzakirə olunmayıb. Azərbaycan dolayısı ilə və ya birbaşa olaraq müxtəlif platformalarda bu məsələni qaldırır, baxmayaraq ki, İrəvana görə bunun üçün heç bir əsas yoxdur.

Yol əlaqəsi üçün de-yure imkan da yaradıla bilər. Meğridən Ermənistan ərazisindən keçən yol var, amma söhbət dəmir yolundan gedir.

Ermənistan bütün proseslərdə hüquqi əsasları dərinləşdirməlidir. İndiyədək Ermənistan ərazisində Azərbaycan anklavlarının mövcudluğu de-yure qeydə alınmayıb. Əksinə, de-yure Arçvaşen (Başkənd – red.) Ermənistanın ərazisi olduğu müəyyən edilib.

Ermənistan vətəndaşları situasiyanı anlayır və vəziyyəti daha da dramatikləşdirməyə ehtiyac yoxdur., onsuz da artıq dramatikdir. Cəmiyyətin və Qarabağın arxasında heç kim nəsə etməyi planlaşdırmır”.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki