image-kuba-elektrik-reu-2292523_1backend

Panamada transformator partlaması ölkənin böyük hissəsini elektriksiz qoyub

Mərkəzi Amerika ölkəsi Panamada elektrik stansiyasında transformator partlaması nəticəsində ölkənin böyük hissəsi işıqsız qalıb.
Elchi.az xəbər verir ki, milli medianın məlumatına görə, La Çorrera şəhərindəki Pan Am Elektrik Stansiyasında transformator partlaması nəticəsində ölkə daxilində elektrik enerjisi kəsilib.
Panama prezidenti Xose Raul Mulino X sosial media platformasında verdiyi açıqlamada elektrik stansiyasına dəyən ziyanın böyük olduğunu bildirib.
“Boquete-də işıqsız qaldım. Bu, bağışlanmazdır. Aldığım məlumata görə, ziyan böyükdür. Mən dərhal Milli Dövlət Xidmətləri Korporasiyası (ASEP) və Enerji Katibliyindən hesabat tələb edəcəyəm, ona görə də onlar müvafiq tədbir görəcəklər. Bu pis xidmətdən bəsdir”, – Mulino bildirib.
ASEP direktoru Zelmar Rodriguez Crespo ölkənin əksər hissəsində yaşanan elektrik kəsilməsinin transformatorun partlaması nəticəsində baş verdiyini təsdiqləyib və qrupların problemi həll etmək üçün çalışdıqlarını bildirib.
Oxşar hadisə 2023-cü ildə Panamada baş vermiş, ölkədə elektrik enerjisinin kəsilməsi milyonlarla insanı uzun müddət qaranlıqda qoymuşdu.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki