Taylandın Koh Tao adasının sahillərində dalğıc gəmisində yanğın baş verib. 26 yaşlı britaniyalı turist Aleksandra Klarkın itkin düşdüyü bildirilir.
Elchi.az xəbər verir ki, Taylandın məşhur dalğıc məkanı olan Koh Tao adasının sahillərində turistləri daşıyan Davy Jones Locker adlı dalğıc gəmisində yanğın baş verib. Qayıqda olan 21 nəfər xilas edilərkən, britaniyalı turist Aleksandra Klarkın itkin düşdüyü bildirilir.
Londonun cənubundakı Lambethdən olan 26 yaşlı Klarkın yanğın zamanı qayıqdakı lavabonun içində olduğu iddia edilir. Yanğın yerli vaxtla saat 09:25-də fövqəladə vəziyyət siqnalı verilməzdən əvvəl başlayıb.
21 nəfər xilas edilib, Klark itkin düşüb
Qayıqda 15 turist, 2 ekipaj üzvü və 4 dalğıc təlimatçısı olub. Yanğın başlayandan sonra xüsusi qayıqlar və könüllü qruplar sürətlə əraziyə çatıb. Sərnişinlər təxliyyə edilərkən başqa qrup yanğını söndürmək üçün işə başlayıb. Lakin yanğın söndürüldükdən sonra Aleksandra Klarkın itkin olduğu məlum olub.
Şayəstə Hüseynova