image-292b562f-8bf4-3853-aa8c-793064a067b8_850backend

Cənubi Koreyada kəşfiyyat dronu helikopterlə toqquşub

Cənubi Koreyanın şimal-qərbində kəşfiyyat dronu “Surion” hərbi helikopteri ilə toqquşub.

Elchi.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Qəza nəticəsində yanğın baş verib və “Surion” helikopteri tamamilə məhv olub”, – məlumatda qeyd olunub.

Yaralılar və ya ölənlər barədə məlumat daxil olmayıb.

Hadisə Yancu şəhərində ordu aviasiyası batalyonunun yerləşdiyi ərazinin yaxınlığında baş verib.

Bildirirlib  ki, yanğının söndürülməsinə 20 texnika və 50 nəfər şəxsi heyət cəlb edilib. Yanğın toqquşmadan 15 dəqiqə sonra söndürülüb, heç kim xəsarət almayıb.

Hazırda Cənubi Koreya hakimiyyəti hadisənin səbəblərini araşdırır.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki